19 mindən çox abituriyent ərizəsini təsdiqləyib

20:55 27.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən hafta.az-a bildirilib ki, bu gün saat 18:25-ə olan məlumata görə, I ixtisas qrupu üzrə ümumilikdə 5700, II ixtisas qrupu üzrə 4197, III ixtisas qrupu üzrə 5225, IV ixtisas qrupu üzrə 1637 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 2578 nəfərdir.

Xatırladaq ki, ərizə qəbulu avqustun 6-dək davam edəcək.