20 sentyabr itirilmiş torpaqlarımızın bərpası günüdür - Fazil Mustafa

12:16 22.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“24 dekabrda doğulan, Azərbaycan dövlətinin, xalqının qarşısında inanılmaz böyük işlər görmüş bir şəxsi, dövlət başçısını təbrik etməliyik. 20 sentyabr isə Azərbaycanın yenidən doğum günü, itirilmiş torpaqlarımızın bərpası günüdür. Bu günü xalqa, dövlətə Ali Baş Komandan yaşatdı”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa bildirib.

Deputat eyni zamanda qeyd edib ki, qarşımızda duran əsas vəzifə Naxçıvana yolun açılmasıdır. Onun fikrincə, tarixi zəfər o yolun açılması olacaq.

“Ermənistandan gələn məlumatlar göstərir ki, artıq buna doğru gedilir. Fransa, ABŞ-ın Ermənistana himayədarlığı sözdən başaqa bir şey deyil”.