202 nömrəli məktəbdə əyani tədris bərpa edilib

10:59 13.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Paytaxtdakı 202 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə hafta.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.