Yazını böyüt
Yazını kiçilt
Bakıda 21 yaşlı qız mopeddən yıxılıb ölüb.
Hafta.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Zığ Yolu küçəsi 2 ünvanın qarşısında baş verib.
Naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi mopeddən yıxılaraq qapalı kəllə-beyin travması alıb.
2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən E.Həsənova aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.