Bu gün qardaş Türkiyədə və bütün dünyada yaşayan türk xalqı, eləcə də onların sevincinə sevinən, kədərinə kədərlənən bizlər də Zəfər bayramının 99-cu ildönümünü qeyd edirik.
Zəfər bayramı türk millətinin şanlı təqviminə necə yazılıb?
Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında 26 avqust 1922-ci ildə Afyon – Kocatəpədə başlayan və 30 avqust 1922-ci ildə Dumlupınarda imperialist dövlətləri yenərək qazanılan qələbə bu möhtəşəm bayramın təməlini qoyub. Məhz bu qələbə sayəsində böyük türk milləti, o vaxtədək imperialist dövlətlər tərəfindən qoparılıb ələ keçirilmiş vətən torpaqlarında bu günkü Türkiyənin əsasını qoyublar. O dövrdə Baş komandan Mustafa Kamal Atatürk “Sad Planı”olaraq düşünüb hazırladığı gizli hərəkat yaradır. Qəti nəticə verən bu həlledici müharibə düşmənin əzm və iradəsini birdəfəlik qırmaqla Türk Qurtuluş Savaşının son səhəfə və zirvəsini təşkil edib. Hazırlanan strateji plana əsasən qəfil hücum etməklə “Məhvetmə müharibəsini” hədəf seçib. 1922-ci ilin iyun ayının ortalarında hücuma keçmək barədə qərar verilib. Özü də qərar çox gizli saxlanmaqla, sadəcə Qərb cəbhəsinin komandanı İsmət İnönü, Baş Qərargah rəisi Fevzi Çakmak və Milli Müdafiə naziri Kazım Özalp məlumatlı olub.

Hərəkat tam gizli şəraitdə, Qərb cəbhəsinin şimal və cənub mövqelərindəki türk silahlı birliklərini Kocatəpə bölgəsinə toplayıb. Ordunun əsas qüvvəsi düşmənin Afyonkarahisar yaxınlığında yerləşən sağ qanad qrupunun güneyində və Akarçayla Dumlupınaradək olan bölgədə toplamaq planlaşdırılıb. Çünki düşmənin ən həssas və önəmli nöqtəsi kimi məhz bura təsbit edilib. Böyük Hücum başlamadan öncə bu hazırlıqlar gedərkən ordunun komandanlığında ciddi problemlər yaşanıb və komandanlar İsmət İnönünün emrinə tabe olmaq istəməyiblər. I Ordu komandanı Əli İhsan Sabis Paşanın vəzifəsindən alınması, Əli Fuat Cebesoy və Refet Bele Paşanın da boşalan bu vəzifəni qəbul etmədikləri üçün ara qarışıb. Bu səbəbdən də Nurəddin Saqqallı Paşa həmin posta məcburi şəkildə təsdiqlənib.
Hərəkata, TBMM-in 20 iyul 1922-ci ildə 4-cü dəfə Baş komandanlıq səlahiyyəti verdiyi Atatürkün liderlik edib. O, böyük hücuma addım-addım yaxınlaşırkən, 23 iyul 19922-ci ildə ingilis general Tovnshendin görüş tələbindən yararlanaraq, Qərb cəbhəsi qərargahının yerləşdiyi Akşehirə gəlib və ordan da görüş üçün Konyaya gedib. Daha sonra ordulararası futbol yarışını izləmək bəhanəsiylə döyüş planını müzakirə eləmək üçün təkrar Akşehirə gedib. 27-28 iyul gecəsi hücumla bağlı Baş Qərargah rəisinin də iştirakı ilə görüş keçirilib və 15 avqustadək hazırlıqların başa çatdırılması qərara alınıb. İyulun 28-də günortadan sonra Baş Qərargahın toplantısını gizlətmək məqsədilə ordu komandirləri futbol yarışı üçün Akşehirə çağrılıb və iyulun 28-dən 29-na keçən gecə onlarla hücum məsələsi müzakirə olunub.

Müharibədən öncə yunan ordusu 6565 zabit, 218432 əsgərdən ibarət olmaqla, 90 min tüfəng, 1300 qılınc, 3139 yüngül və 1280 pulemyot və sair kimi silahlar, 418 top və 50 təyyarəyə sahib olub. Türk qüvvələrində isə 8659 zabit, 199283 əsgər, 100352 tüfəng, 2025 yüngül və 839 ağır silah, 5282 qılınc, 323 top və 8 - 10 təyyaryə sahib olub.
Böyük hücum avqustun 26-da səhər saat 05.30-da türk topçuların atəş açması ilə başlayıb. Həmin gün, ingilis mütəxəssislərin hesabatına görə 6 ayda keçilə bilinməyəcək cəbhə xətti bir neçə saat ərzində tutulub. Avqustun 27-də türk orduları, öncə süvari alayları coşqun sel kimi Sincanlı və Afyon Ovalığına doğru axışıb. Mustafa Kamal Atatürkün atəş xətləri arasında yerləşən Zəfərtəpədən şəxsən idarə elədiyi hücumda, düşmən ordusu dörd tərəfdən sarılaarq mühasirəyə alınıb, yunan qüvvələri paramparça olunaraq, əsas hissəsi məhv edilib. Avqustun 30-dək Aslıhanlar bölgəsi mühasirəyə alınıb, həmin günün axşamı türk birlikləri Kütahya azad edilib və 5 günə başa çatdırılması planlanan hərəkat Türk ordusunun qələbəsi ilə tamamlanıb. Atatürk bu hücum haqda deyirdi: “Afyonkarahisar, Altıntaş və Dumlupınar arasında gedən müharibə cəmi 5 gün, 5 gecə sürdü”.
Artıq avqustun 31-də türk ordusu İzmir üzərinə yürüşə başlayıb...
1922-ci il avqustun 26-dan sentyabrın 18-dək şanlı türk ordusu 2543 şəhid verdi, 9977 nəfər yaralandı. Yunanların itkisi daha böyükdür: 121500 canlı qüvvə itkisi, üstəlik 20 min əsgər də türklər tərəfindən əsir götürülüb.
Səhifələri zəfərlərlə dolu olan türk tarixində, 30 avqust 1922-ci ildə əldə edilmiş Dumlupınar savaşı, türk millətinin yenidən dirilişidir. Qardaş Türkiyə dövlətinə və türk millətinə yaraşan ancaq zəfərdir. Bayramınız mübarək!