30 orka 6 saat ərzində iki mavi balinanı məğlub edə bilmədi

10:30 05.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Monterey körfəzində 30 orka (qatil balina) iki yetkin boz balinaya hücum edərək balinaları diri-diri yeməyə çalışıb.

Hafta.az-ın “Insider”ə istinadən yazdığına görə, Monterey Bay Balina İzləmə Mərkəzi martın 31-də baş verən hücumun görüntülərini paylaşıb. Səlahiyyətlilər bunun bölgədəki orkaların boz balinalara ilk sənədləşdirilmiş hücumu olduğunu söyləyib.

Orkaların müdafiəsiz boz balina balalarını ovlamasının adi hal sayıldığı, lakin hücumda ölənlərin böyüklər olduğu vurğulanıb.

Hücumu müşahidə edən dəniz bioloqları orkaların "unikal ov strategiyaları" nümayiş etdirdiklərini və boz balinaların "nadir müdafiə strategiyaları" ilə cavab verdiyini söyləyib.

Təxminən 6 saat davam edən hücumdan sonra boz balinaların ağır yaralanmasına baxmayaraq xilas ola bildiyi, orkaların geri çəkildiyi açıqlanıb.

Orta boz balinanın çəkisi təxminən 35 tona və uzunluğu təxminən 14 metrə çata bilər. Boz balinaların uzunluğunun yarısı qədər olan orkaların çəkisi maksimum 5 tondur.