30 tona yaxın yararsız məhsul məhv edilib

17:00 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

30 tona yaxın istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.

Bu barədə hafta.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, "Sun Food" MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız ümumi çəkisi 29,624.3 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

Oxunma sayı 106