Yazını böyüt
Yazını kiçilt
Yevlax rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Kövər kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.