40 aptekdə yoxlama keçirilib

17:49 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 1-dən 30-na qədər aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi açıqlanıb.

Analitik Ekspertiza Mərkəzindən hafta.az-a verilən xəbərə görə, həmin müddətdə 40 aptekdə yoxlama keçirilib.

Yoxlamalar zamanı 10 adda, 35 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.

Maddələr üzrə 7 protokol tərtib edilib.

Oxunma sayı 634