40 yaşlı kişi kafedə öldü

14:26 29.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yerləşən kafelərin birində 40 yaşlı kişi həyatını itirib.

Hafta.az xəbər verir ki, 1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayevin qəfil halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.

Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Fakt araşdırılır.