Yazını böyüt
Yazını kiçilt
Zərdabda 5 otaqlı evdə yanğın olub.
Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Məmmədqasımlı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 5 otaqlı evin (dam örtüyü qamış və dəmir konstruksiyadan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.