51 bağça müdiri vəzifəsində azad edilib

14:02 27.07.2022
Yazını böyüt
Yazını kiçilt

Bağçalarda aparılan monitorinqlərin nəticələrinə əsasən işində yol verdiyi nöqsanlara görə, 51 nəfər bağça müdiri vəzifəsində azad edilib.

Hafta.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Nazir qeyd edib ki, bağça müəllimlərinin işə qəbulu elektron qaydada olacaq.