6 nəfər gənc qadına ərinin gözü qarşısında təcavüz etdi

10:53 26.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hindistanda 22 yaşlı qız ərinin gözü qarşısında bir neçə saat zorlanıb.

Hafta.az bildirir ki, bu barədə “India Today” portalı məlumat yayıb. Zərərçəkənin əri polisə şikayət edib, qız tibbi müayinədən keçməlidir.

Yolda cütlük onlara hücum edən 6 nəfərlə qarşılaşıb, mobil telefonlarını əlindən alaraq döyüblər.

Daha sonra kişi yerə yıxılaraq tutulub, arvadı isə başqa yerə aparılmadan əvvəl təcavüzə uğrayıb.

Hazırda faktla bağlı araşdırma aparılır və cinayətkarlar axtarılır.

Oxunma sayı 1688