65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

21:58 23.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu günədək Azərbaycanda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır".

Hafta.az-ın məlumatında görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbaut konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

V.Qasımov qeyd edib ki, virus aşkarlanan şəxslər əsasən 29-50 yaş arasındadır:

"72 şəxsdə koronavorus aşkarlanıb, 10 nəfər sağalıb, 1 nəfər vəfat edib. Fevralda koronavirus Azərbaycana idxal olunurdusa, martdan başlayaraq koronavirus ölkə daxilində yayılmağa başlayıb. Xəstələrdən 30 nəfəri xaricdən gələnlərdir, qalanları ölkə daxilində yoluxanlardır. Koronavirus əsasən cənub zonasında yayılır".