8 kiloqramdan çox narkotik vasitə, xeyli sayda silah-sursat

12:12 24.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə və 1000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, martın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.