80 nəfər toya buraxılmayıb

12:00 14.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 131 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

-4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

-2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

-1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

-80 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.