I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə ödənilən Prezident təqaüdü 80 manata qaldırılıb

10:46 20.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 50 manatdan 80 manata qaldırılıb.

Hafta.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərmana edilən dəyişiklikdə əksini tapıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.