II Elizabet vəfat edib

22:50 08.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya Kraliçası II Elizabet 96 yaşında vəfat edib.

Hafta.az Britaniya KİV-ə istinadla xəbər verir ki, Kraliça II Elizabet Şotlandiyada Balmoral qəsrində vəfat edib.

Britaniya KİV-i qeyd edir ki, II Elizabetin oğlu, vəliəhd şahzadə Çarlz tacqoyma mərasimini gözləmədən Böyük Britaniyanın yeni kralı oldu. 73 yaşlı Çarlz indiyədək Britaniya taxt-tacına keçən ən yaşlı varisdir. Britaniyada 10 günlük matəm elan edilib. Matəm II Elizabet dəfn edilən gün bitəcək.