Yazını böyüt
Yazını kiçilt
Britaniya kraliçası II Elizabetin dəfn mərasiminin tarixi açıqlanıb.
Hafta.az xəbər verir ki, bu barədə Bukinqem sarayı məlumat yayıb. Bildirilib ki, Kraliçasının dəfn mərasimi sentyabrın 19-da səhər saat 11-də Vestminster abbatlığında keçiriləcək.
Qeyd edək ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Hazırda onun oğlu III Çarlz ölkənin yeni Kralıdır.