III Çarlz poçt markalarında yenidən tacsız çap edildi

16:49 14.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya kralı III Çarlz yenidən poçt markalarında tacsız çap olundu. Bu barədə “İndependent” məlumat yayıb.

Böyük Britaniyanın Kral Poçtu yuxarı sol küncdə III Çarlzın silueti olan markaların ilk kolleksiyasını nümayiş etdirib. Kral profildə sağa baxan və yenidən tacsız təsvir edilmişdir.

2023-cü ilin fevralında III Çarlzın təsviri olan ilk poçt markaları təqdim olundu. Onlar üçün rəssam Martin Cenninqs tərəfindən kralın da tacsız təsvir olunduğu portret seçilib.