Britaniya monarxlarının 13-cü əsrin sonlarında hazırlanmış tacqoyma kreslosu mayın 6-da baş tutacaq III Karlın tacqoyma mərasimindən əvvəl bərpaya göndərilib. Bu barədə BBC yazır.
Westminster Abbey ekspertləri 700 illik palıd taxtını "son dərəcə kövrək" adlandırıblar. Bərpaçılar kreslonu təmizləmək və soyulmuş zərli təbəqələri sabitləşdirməklə məşğuldur.
Ekspert Krista Bleslinin fikrincə, tarixi tacqoyma kreslosu “unikal sənət əsəridir”. "Bu, hələ də orijinal məqsədi üçün istifadə olunan ən qədim mebel parçasıdır" deyib.
Taxt 1272-ci ildən 1307-ci ilə qədər hökmranlıq edən Kral I Edvardın əmri ilə hazırlanıb və o vaxtdan demək olar ki, bütün tacqoyma mərasimlərində istifadə olunub.
Blaslinin qeyd etdiyi kimi, tacqoyma kreslosu “muzey əsəri deyil”. O, bir neçə ağır sınaqlara dözməli olub. Məsələn, 18-19-cu əsrlərdə turistlər və məktəblilər onu qraffitiyaya çəkiblər. Kreslo daha sonra 1914-cü ildə bomba ilə zədələndi.
“Bu, son dərəcə kövrəkdir. Mürəkkəb laylı quruluşa malikdir, buna görə də zərli təbəqələr tez-tez soyulur və mənim işim çox vaxt tac qoymadan əvvəl hər şeyin mükəmməl qaydada olacağına əmin olmaq üçün bu zərli təbəqələri yenidən yapışdırmaqdır "deyib Blesley.