İbrahim Tatlısəs vəsiyyətini açıqladı: “Cənazimə gəlməsinlər!”

09:06 30.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur türk müğənni və aktyoru İbrahim Tatlısəs illərdir yığdığı inciklikləri nəhayət ki, üzə çıxarıb. “Bu iki insanı heç vaxt bağışlamayacağam, məzarıma belə gəlməsinlər” deyən məşhur sənətçi onlarla eyni şəhərdə yaşamaq belə istəmədiyini bildirib. Sənətçinin açıqlamaları sosial şəbəkələrdə trend mövzusuna çevrilib.

Hafta.az-ın yazdığına görə, Tatlısəs açıqlamasında biri kişi biri qadın iki nəfərə kim olduqlarını bildirmədən sərt mesajlar göndərib. Sənətkarın bu sözləri şəxsi iradənin deyil, daxili hesablaşmanın ifadəsi kimi şərh edilib.

İbrahim Tatlısəs İstanbuldan İzmirə köçmə səbəbini “Nəfəs aldıqları yerdən uzaqlaşmaq” kimi izah edib. Lazım gələrsə, Bodrumu tərk edəcəyini bildirən sənətçi qanuni addım atmağı da planlaşdırır: “Məhkəməyə müraciət edəcəyəm, başqa yerə getməmək barədə qərar çıxaracağam”.

Sənətçi təkcə qəzəbini deyil, həm də emosional tənhalığını dilə gətirib. Yenidən evlənmək istədiyini deyən Tatlısəs güvən problemlərinin olduğunu vurğulayıb. "Həyatımı paylaşa biləcəyim dürüst birinin olmasını istərdim, amma güvənmək çox çətindir. Bu yaşda sədaqət nadirdir" sözləri ilə ehtiyatlı davranıb.

Məşhurların iradə açıqlamaları jurnal dünyasında tez-tez gündəmə gəlir. Bununla belə, Tatlısəsin açıqlaması klassik bir iradədən daha çoxdur.