ICESCO-nun nəzdində Gənclər Şurası yaradılacaq

15:37 29.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) nəzdində Gənclər Şurası yaradılacaq.

Bunu təşkilata üzv ölkələrin gəncləri ilə keçirdiyi görüşdə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bəyan edib.

Baş direktor bildirib ki, şuranın yaradılmasında məqsəd İslam dünyası gənclərinin yeni çağırışlar fonunda daha mükəmməl təhsil almalarını, müasir texnoloji çağın tələblərinə uyğun biliklərə yiyələnməsini təmin etməkdir. Diqqətə çatdırılıb ki, təşkilata üzv ölkələrin gənclərinin təhsil, elm və mədəniyyət sahələrində yeni təşəbbüslərini həyata keçirmək məqsədilə artıq ICESCO tərəfindən 10 texnoloji inkubator yaradılıb. Eyni zamanda, cari ildə İslam ölkələrinin gəncləri arasında təcrübə mübadiləsini ehtiva edən proqramlar da reallaşdırılacaq.

Təşkilatın Baş direktoru qeyd edib ki, Gənclər Şurasının əsas vəzifələrindən biri də gənclərin təşəbbüslərini və təkliflərini qiymətləndirmək, onları həyata keçirmək olacaq.