Yazını böyüt
Yazını kiçilt
İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məmmədov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Araşdırma aparılır.
Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.