İctimai nəqliyyat jurnalistlər üçün pulsuz olacaq? - Təklif

17:34 14.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc jurnalistlərlə bağlı təklif irəli sürüb.

Hafta.az-ın xəbərinə görə, o, media nümayəndələrinin ictimai nəqliyyatdan pulsuz istifadəsi ilə bağlı fikrini bele bildirib: 

"Biz istərdik ki, hökumət jurnalistlər üçün ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin. Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir. Lakin medianın qanuni maliyyələşməsi və onun dayanıqlı iqtisadi bazasının yaradılması üçün dövlət maliyyələşməsinin şəffaf, açıq və hesabatlıq şəraitində aparılması tələb edilir. Qanun layihəsi həm də özəl investisiyanın bu sahəyə qoyulmasını təşviq edir”.