İki avtobusun yolu dəyişdirildi

17:24 15.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonunda baş verən partlayışla əlaqədar iki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib.

 

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

 

Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər yaralanıb.