İki avtomobil toqquşdu, xəsarət alanlar var

19:28 03.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hafta.az xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb. Çörək daşıyan avtomobillə minik avtomobilinin toqquşması nəticəsində sürücülər - 1979-cu il təvəllüdlü M.Kərimov və 1987-ci il təvəllüdlü N.Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.