Azərbaycan Sambo və Kikboksinq Federasiyalarının sabiq vitse-prezidenti Səbuhi Rəcəbin (Vaqifoğlu) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hafta.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda dövlət ittihamçısı Eldar Həmzə çıxış edib.
Prokuror Səbuhi Rəcəbin verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərtilə 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə çıxışı üçün təqsirləndirilən şəxsin vəkilinə vaxt verilib.
İttihama görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək onlara qarşı 341 min manatlıq dələduzluq edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, həbs qətimkan tədbiri seçilib.