İkimərtəbəli ev yanıb

16:00 25.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Düyərli kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 2125