İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

22:26 03.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq”.