İlham Əliyev Paralimpiya oyunlarında medal qazanan idmançıları təbrik edib

21:00 31.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya oyunlarında medal qazanan Azərbaycan idmançılarını təbrik edib.

Hafta.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“İkinci dəfə qızıl medalı ilə bizi sevindirən Raman Salehi, gümüş medal qazanmış Lamiyə Vəliyevanı və bürünc medal mükafatçısı Səid Nəcəfzadəni ürəkdən təbrik edirəm”.