Yazını böyüt
Yazını kiçilt
“Dünyanın iqtisadi, siyasi cəhətdən qarışdığı belə bir vaxtda Azərbaycan ili uğurla başa vurur. Təbii ki, bu uğurun müəllifi Azərbaycan Prezidentidir. Düşünürəm ki, qarşıdan gələn ildə bu ilin inkişaf tempi daha da sürətlənəcək”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sabir Rüstəmxanlı bildirib.
Deputat bildirib ki, gələn ildən artıq bölgələrə, kəndərə diqqət xüsusilə artırılmalı, ənənəvi iqtisadi sahələr inkişaf etdirilməlidir.
“Ərazilərimiz bütövləşəndən sonra tariximiz və mədəniyyətimizlə bağlı uydurulmuş konsepsiyalara yendiən baxmalıyıq. Bununla bağl ciddi addımlar atılmalı, tariximiz, erməni irticası ilə bağlı filmlər çəkilməlidir”.