İlin ilk yarısında Qazaxıstanda teatrlara 1,5 milyon tamaşaçı gəlib

10:20 31.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ilin əvvəlindən ölkədə qeydiyyatdan keçmiş 57 dövlət teatrında 1 milyon 501 min 418 tamaşaçının iştirak etdiyi 7457 tamaşa nümayiş etdirilib.

Hafta.az-ın yazdığına görə, hər il teatrlar zəngin proqram, o cümlədən yeni tamaşalar təqdim edirlər. 2024-cü ilin əvvəlindən 170 premyera baş tutub.

Qabit Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı və Mixail Lermontov adına Milli Rus Dram Teatrı ilin birinci yarısında 70 mindən çox tamaşaçı toplayıb.

Muxtar Auezov adına Qazax Milli Dram Teatrını 64291 nəfər ziyarət edib.

Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrı 50 mindən çox tamaşaçı toplayıb və 90 illik yubiley mövsümünü “La Sylphide” baletinin yeni tamaşası ilə başa vurub.

Akmola Vilayət Rus Dram Teatrı ən çox premyera təqdim edib - 10 yeni tamaşa.

Altı ay ərzində teatr sənətçiləri 218 qastrol səfəri ediblər: Bunlardan 201-i Qazaxıstanda, 17-si isə xaricdə, o cümlədən Koreya, Türkiyə, Fransa, Rusiya, Qırğızıstan və Özbəkistanda olub.