“Spotify” dünyada ən çox dinlənilən mahnıları sıralayan “Spotfiy Global 50” siyahısını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, çox maraqlıdır ki, qrupa yeganə bir türk mahnısı adını yazdırıb. Belə ki, martin 8-də musiqisevərlərlə görüşən Zeynəb Baştıkın Mabel Matiz imzalı “Lan” mahnısı “The Weekend” və “Maluma” kimi dünyaca məşhur qrup və müğənnilərin yer aldığı siyahıya daxil edilib. “Lan” Spotify Global Top 50 siyahısına daxil olan ilk türk mahnısı oldu və hazırda dünyada ən çox dinlənilən 45-ci mahnıdır.
“Lan” həm də “Spotify”da gündəlik 2,5 milyon yayıma çatan ilk türk mahnısı olmaqla yanaşı, həm də ilk dəfə bir qadın müğənni Türkiyənin Spotify-da ən çox dinlənən müğənnisi olub.
“Lan” YouTube-da 10 gün ərzində 9 milyon 933 min 510 dəfə dinlənilib.
Bundan əvvəl Qlobal siyahıya daxil olan türk mahnıları ən çox 65-ci yerə çatmışdı.
8 iyul 1993-cü ildə Çanaqqalada doğulan Zeynəb Baştık 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə peşəkar musiqiyə başlayıb.
Bu qrupla 2012-ci ilə qədər İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə çıxış edən Baştık bir müddət “Anadolu Ateşi”ndə rəqqasə olaraq iştirak edib. Murat Dalkılıçın "Lüzumsuz Savaş" mahnısının vokalisti olub və üç il Dalkılıçın vokalisti kimi çalışıb. 2014-cü ildə Dalkılıçın dəstəyi ilə ilk sinqlı olan "Fırça"nı buraxıb. Daha sonra Dalkılıçın vokalçısı vəzifəsindən ayrılaraq solo karyerasına davam edib.
O, reper Ezelin “Felakət” mahnısının coveri ilə gündəmə gəlib. 2019-cu ilin iyun ayında Anıl Piyancı ilə "Bırakman Doğru mu?" sinqlını yayımlayıb. O, həmçinin “Adı mutluluk”, “Yasak elma”, “Sil baştan” və “Umuda kelepçe vurulmaz” adlı gənclər seriallarında rol alıb.