İlon Mask ABŞ prezident seçkilərində qalib gələ bilər - Medvedev

21:10 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, biznesmen və Twitter sosial şəbəkəsinin sahibi İlon Mask kimi böyük nüfuza malik şəxs ABŞ prezident seçkilərində qalib gələ bilər.

“İndi ABŞ-ın yeni siması ilə eyni Elon Mask haqqında çox danışılır. ABŞ-da prezident seçkiləri zamanı Trampdan, hətta Baydendən qat-qat artıq səlahiyyətə malik olan şəxs qalib gələ bilər. Eyni əfsanəvi İlon”, – Medvedev bildirib.

Bundan əvvəl İlon Mask ABŞ-ın normal, sağlam düşüncəli prezidentə ehtiyacı olduğunu bildirmişdi. Eyni zamanda o, son seçkidə Co Baydenə səs verdiyini qeyd edib.