İmişlidə zəlzələ olub

20:07 23.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 23-də İmişli rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a verilən məlumata görə, yerli vaxtla saat 18:20-də Saatlı stansiyasından 21 km qərbdə İmişli rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3 bal, ocağı 45 kilometr dərinlikdə olub.

Zəlzələ hiss olunmayıb.