İmtahanların nəticələri sabah elan olunacaq

17:46 21.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 6 və 7-də keçirilən II və III qruplar üzrə qəbul imtahanlarının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sosial şəbəkə hesabından bildirilib.

Qeyd edilib ki, II və III qruplar üzrə qəbul imtahanının nəticələri sabah günün sonuna kimi elan olunacaq.