İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ olub

13:34 07.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın şərqində yerləşən Banda dənizində 6,9 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Kay adasında yerləşən Tual şəhərindən 344 kilometr cənub-qərbdə, ocağının 113 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.