ABŞ-da donuz ürəyi transplantasiyasından sonra dünyasını dəyişən 57 yaşlı Devid Bennetin ölümü ilə bağlı sirr pərdəsi qaldırılır. Xəstənin ölümünü araşdıran tədqiqatçılar transplantasiya edilmiş orqanda “sitomeqalovirus” adlı virus aşkar ediblər. Bu virusun Bennettin ölümündə rol oynayıb-oynamadığı hələ məlum deyil, araşdırmalar davam edir.
Hafta.az bildirir ki, yanvar ayında ABŞ-da ölmək üzrə olan David Bennett adlı xəstəyə donuz ürəyi köçürüldü.
Dünyada bir ilk olan 7 saatlıq əməliyyatdan sonra xəstənin səhhətinin yaxşı olduğu açıqlanıb. Lakin 2 aylıq müddətdən sonra 57 yaşlı xəstənin dünyasını dəyişdiyi bildirilib.
İlk donuz ürək nəqli xəstəsini nəyin öldürdüyünü öyrənməyə çalışan tədqiqatçılar, nəql edilən orqanın bir növ heyvan virusu olduğunu aşkar ediblər. Bu virusun kişinin ölümündə rol oynayıb-oynamadığı hələ məlum deyil.
Heyvandan insana orqan transplantasiyası ilə bağlı elm adamlarının ən böyük narahatlığı transplantasiya edilmiş orqanların insanlara “yeni infeksiya növləri” gətirməsi riskidir.
Bennettə nəql edilən ürəyin içərisində aşkar edilən 'sitomeqalovirus' adlı virusun xəstədə aktiv infeksiyaya səbəb olduğu hələ dəqiq olmasa da, virus alimlərin qorxulu yuxusunu təsdiqləyə bilər.
Transplantasiyadan sonra əvvəlcə yaxşı görünən adam bir səhər infeksiyaya bənzər simptomlarla oyanıb. Həkimlər problemi anlamaq üçün çoxlu testlər aparıblar və Bennettə müxtəlif antibiotiklər, antiviral dərmanlar veriblər. Amma dərmanlar bunu həll etməyib, donuzun ürəyi şişib, maye ilə dolub və sonda fəaliyyətini dayandırıb.
Transplantasiyanı həyata keçirən həkim Bartley Griffith The Associated Press-ə açıqlamasında "Virus nə edirdi? Ürəkdəki şişkinliyə nə səbəb ola bilərdi? Düzünü desəm, bilmirik. Araşdırmalarımız davam edir" deyib.