İordaniya İsrailə silah embarqosu qoyulmasını tələb edib

11:09 14.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İordaniya Qəzzada bir ildən çox davam edən müharibəyə son qoyması üçün İsrailə təzyiq etmək üçün ona silah embarqosu qoyulması ilə bağlı beynəlxalq çağırışlara qoşulub.

Hafta.az-ın yazdığına görə, İordaniyanın xarici işlər naziri Ayman Safadi sosial media platformasında açıqlamasında belə deyib Safadi əlavə edib ki, İsrailin Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Livandakı hərbi cinayətlərini silah embarqosu tətbiq olunmayana qədər dayandırmayacaq, İsrailin baş naziri və onun “radikal ekstremist nazirləri”ni məsuliyyətə cəlb etməyə çağırıb.

O, BMT-nin Cənubi Livandakı Sülhməramlı Gücü olan UNIFIL-in iki əsgərinin keçən həftə İsrailin hücumu nəticəsində yaralandığını, lakin bunun İsrailə silah satışına qadağa qoyulmasına zəmin yaratmadığını vurğulayıb.

Safadi, İsrailin Qəzzaya qarşı müharibəsinin başladığı 2023-cü ilin oktyabrından Qəzzada dağıntılara səbəb olan hücumları qınadığını açıq şəkildə bildirib.

Qeyd edək ki, oktyabrın 8-də Misir və İordaniyanın xarici işlər nazirləri İsrailin genişlənən hücumu qarşısında Livanla həmrəy olduqlarını bildiriblər.

Səfadi Qahirədə keçirdiyi mətbuat konfransında deyib: “Biz İsrailin Livana hücumunu və paytaxtı bombalamasını, İsrailin Livan vətəndaşlarını öldürməsini pisləyirik”.

Xatırladaq ki, İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları nəticəsində Qəzzada ən azı 42200-dək fələstinli həlak olub, 99 minə yaxını isə yaralanıb.

İsrailin hücumları Qəzza zolağında 2,4 milyon fələstinlinin ev-eşiyindən didərgin düşməsinə və yay er dəyişməsinə , bütün infrastrukturun tamamilə məhv edilməsinə səbəb olub.