Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatına görə, bir çox etirazçı və zorakılıq törədən şəxs müvafiq cəza tədbirləri ilə üzləşməyi gözləməlidir.
Hafta.az-ın yazdığına görə, baş nazirin “Rustavi 2” kanalında verdiyi bəyanatda deyilir ki, bu gün müvafiq xüsusi əməliyyat keçirilir və proses davam edəcək.
“Prezidentin iqamətgahına hücum edən hər kəs qanun qarşısında cavab verəcək. 4 oktyabr tarixinədək hər kəsə xatırlatdıq ki, zorakıları və cinayətkarları müəyyən etmək üçün bizdə daha çox resurs var. Ona görə də, bir çox etirazçı və cinayətkar mütləq cəzalandırılacaq. Bu gün keçiriləcək xüsusi əməliyyatla bir neçə cinayətkar həbs olunacaq və təbii ki, bu proses davam edəcək. Prezidentin iqamətgahına zorakılıq tətbiq edən çoxsaylı şəxslər, o cümlədən evlərdə gizlənənlər, bölgələrə qaçanlar və sair artıq müəyyən edilib”, - İrakli Kobaxidze bildirib.