İran səfirliyindən bəyanat: GEDİŞ-GƏLİŞ ÜÇÜN QURU SƏRHƏDLƏRİMİZ AÇIQDIR

15:15 01.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik".

Bu sözlər İranın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan yazılı bəyanatda əks olunub. Bildirilir ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran-Azərbaycan sərhədləri, eləcə də İran-Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır.

"İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur", - bəyanatda deyilir.

Oxunma sayı 629
Siyasət rubrikasından digər xəbərlər