SOCAR İtaliyada müzakirələr aparıb

17:04 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliya arasında enerji təhlükəsizliyi və investisiya layihələri ilə bağlı müzakirələr aparılıb.

Hafta.az bildirir ki, SOCAR-ın Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşündə baş tutub.

Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən məmnunluq ifadə olunub.

Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.