İran sərhədçiləri ilə silahlılar arasında atışma olub

21:32 01.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Sistan və Bəluçistan vilayətlərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sərhədçiləri əməliyyat keçirib.

Hafta.az İran KİV-ə istinadən xəbər verir ki, əməliyyatda 5 silahlı dəstə üzvünü öldürülüb, 5 nəfər isə yaralanıb.

Silahlıların gizləndiyi yer və qərargah darmadağın edilib.

Atışma zamanı İranın 3 sərhədçisi yaralanıb.