İran yerli vaksinini təqdim etdi

18:23 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnqilab Keşikçiləri Ordusu tabeliyindəki Bakiatullah Tibbi Elmləri Universiteti tərəfindən COVID-19-a qarşı yaradılan “Noora” vaksini təqdim edilib.

 

Hafta.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, vaksinin təqdimatında İnqilab Keşikçiləri Ordusu baş komandiri, general-leytenant Hüseyn Səlami və səhiyyə naziri Səid Nəməki iştirak edib.

 

Vaksinin ilk dozu universitetin dekanı Dr. Samadiniyaya tətbiq olunub.