İranda 194 nəfər “Omicron”a yoluxdu

15:12 03.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda covıd-19-un Omicron ştamına yoluxanların sayı günü-gündən artır.

 

Bunu İranın səhiyyə nazirinin müavini Səid Kərimi deyib.

 

O bildirib ki, ölkədə koronavirusun Omicron ştamına yoluxanların sayı 194 nəfərə çatıb.

 

Nazirin sözlərinə görə, Omicrona yoluxmuş şəxs 2-3 gün ərzində digər şəxsləri də yoluxdura bilər.

 

Qeyd edək ki, bundan öncə İranda Omicron virusuna yoluxanların sayının 159 nəfər olduğu bildirilib.