İranın Urmiya şəhərində 450 universitet tələbəsinin qaldığı qız yataqxanasında mənbəsi müəyyən edilməmiş qazdan təsirlənən yüzlərlə gənc zəhərlənib.
İranın Urmiya şəhərinin Elborz küçəsində yerləşən qız yataqxanasında yüzlərlə tələbə zəhərlənib. İran mətbuatında çıxan xəbərlərdə qızlar yataqxanasında qalan 450 universitet tələbəsinin naməlum qazdan zəhərləndiyi bildirilib. Bildirilib ki, zəhərlənən tələbələrdən 29-u xəstəxanada müalicə olunub, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilib.
İranda son üç ayda Qum, Burucərd, Tehran və Ərdəbil şəhərlərində 71-dən çox məktəbdə 1600-dən çox qız şagirdin zəhərləndiyi hadisəyə zəhərli qazın səbəb olduğu açıqlanıb.
İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1657 qız tələbənin zəhərləndiyini bildirərək, “İndiyə qədər Qum şəhərində 799, Burucərd şəhərində 400 Tehran şəhərində 350, Ərdəbil şəhərində isə 108 qız şagird zəhərlənib.”.
Zəhərlənmə hallarının yüngül keçdiyini qeyd edən Şeyxi tələbələrin yalnız başgicəllənmə və yorğunluq əlamətləri ilə xəstəxanaya aparıldığını, zəhərlənmənin panika yaratmaması lazım olduğunu bildirib.