İranda daha 181 nəfər koronavirusdan ölüb

15:45 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 181 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 844 nəfər yoluxub.

Hafta.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 124 256 nəfərə, yoluxanların sayı isə 5 796 659 nəfərə çatıb. Virus daşıyıcılarından 4 693 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 5 333 304 nəfər koronavirusdan sağalıb, 34,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 74,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 48,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 25,2 milyon təşkil edir.

Oxunma sayı 24