İranda koronavirusdan ölənlərin sayı 128 mini ötüb

15:15 13.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 124 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 128 042 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 4306 nəfər COVID-19-a yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 6 031 575 nəfərə çatıb.