İranda koronavirusla bağlı son durum

16:00 08.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 488 nəfər koronavirusa yoluxub, 12 nəfər dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

İranda virusdan ölənlərin sayı 141 177, yoluxanların sayı isə 7,23 milyon nəfərə çatıb. Virus daşıyıcılarından 896 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək 7 milyondan çox şəxs koronavirusdan sağalıb, 51,4 milyondan çox diaqnoz testi həyata keçirilib.